Qorbaçov xəstəxanaya yerləşdirildi
Tarix: 7-10-2021, 22:53
Baxılıb: 1 173
Google+ Paylaş
Tumblr Paylaş

Qorbaçov xəstəxanaya yerləşdirildi

7-10-2021, 22:53

SSRİ-nin keçmiş və yeganə prezidenti Mixail Qorbaçov xəstəxanada karantindədir.
Avromedia.az xəbər verir ki, bu barədə məlumatı Qorbaçov fondunun mətbuat xidməti yayıb.
“Koronavirusa yoluxmasa da, elə bir yaş dövründədir ki, pandemiya zamanı xəstəxanada olmalıdır. Onun artıq 90 yaşı olduğunu unutmamalıyıq, buna görə də bu cür tədbirlər görülüb”, – məlumatda deyilir.
Qorbaçovun xəstəxanadan nə vaxt çıxacağı hələ məlum deyil, çünki koronavirusla bağlı vəziyyət hələ də sabit deyil.
Keçmiş prezident özünü normal hiss edir və daim işləyir.
Xatırladaq ki, Mixail Qorbaçov 1985-ci il martın 11-dən 1991-ci il avqustun 24-dək SSRİ-yə rəhbərlik edib. Report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ