İranla bağlı sensasion İDDİA
Tarix: 5-10-2021, 17:25
Baxılıb: 3 010
Google+ Paylaş
Tumblr Paylaş

İranla bağlı sensasion İDDİA

5-10-2021, 17:25

İranın açıq şəkildə Azərbaycanı hədəf almağa cəsarəti çatmaz. Bu məsələ bu gün real deyil. Əslində, öz maraqlarına zidd olaraq real deyil. İran qarşısında yalnız Azərbaycanı görməyəcək”.

Bu sözləri türk yazar, professor Kürşad Zorlu deyil.

İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərin pərdəarxasından danışan professor bildirib ki, İran bununla Zəngəzur dəhlizinin açılmasını istəmədiyini, meydanda hakim ərazisini itirəcəyindən qorxduğunu göstərir:

“İranla Azərbaycan arasında bir müddət maraqlı hadisələr yaşandı. Xüsusilə İran cəbhəsindən Azərbaycana qarşı sərt və təxribatçı bəyanatlar verilsə də, ölkənin şimal-qərbində Azərbaycanın sərhədində yenidən hərbi təlim keçirildi. İki ölkə arasında təxminən 700 kilometr sərhəd xətti mövcuddur. Təlimdə İranın zirehli-topçu bölmələri, pilotsuz uçuş aparatları və helikopterləri iştirak edib. Sovet İttifaqının dağılmasından sonra İran ilk dəfə olaraq sərhədlərə bu qədər yaxın təlimlər keçirir.

Məsələ bu iki ölkəyə aid olduğu üçün təbii olaraq bu, Türkiyəni də yaxından maraqlandırır. Bu gərgin təlimin Azərbaycan, Türkiyə və Pakistanın sentyabrın 12-də Bakıda keçirdikləri hərbi təlimdən sonra baş verməsi təsadüfi deyil.

İsveçdə yerləşən araşdırma təşkilatının (SIPRI) rəqəmlərinə baxdığımızda Azərbaycanın hərbi gücündə üç ölkə ön plana çıxır. İsrail, Türkiyə və Rusiya…

2009-cu ildən bəri hərbi xərclər 20 milyard dolları keçib. Təkcə 2019-cu ildə Türkiyə ilə 13 hərbi təlim keçirilib. Silahlı pilotsuz uçuş aparatları (SİHA) texnologiyasını nəzərə alsaq, Azərbaycan təhlükəsizliyini təmin edəcək səviyyədədir. Pakistanın nüvə gücü də burada nəzərə alınmalıdır.

Ancaq iki əhəmiyyətli hadisənin gərginliyi artırdığı görünür. Birincisi odur ki, Azərbaycan qanunsuz səfər edən bəzi İran yük maşınlarını saxladı və Qarabağa yanacaq daşımalarına icazə vermədi.

İran həm də Ermənistanın və işğal olunmuş ərazilərin mühüm təchizatçısı idi. Yaratdığı ticarətdən başqa bu, əlbəttə ki, strateji ifadə idi... Müharibənin Azərbaycanın xeyrinə döndüyü günə qədər ziddiyyətli bəyanatların verildiyini də xatırlayırıq. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra İran-Ermənistan sərhədində bəzi layihələr və investisiya imkanları öz funksiyalarını itirdi.


İranın Zəngəzur dəhlizinin açılmasını meydanda hakim ərazisini itirəcəyindən qorxduğu üçün istəmədiyi də aydın olur. Təbii ki, bu təlim gündəmə gələndə Azərbaycan Prezidenti İlham Əliyev “Hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onların suveren hüququdur. Bəs niyə indi və niyə bizim sərhəddə?” - deyə soruşdu.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian buna bir növ cavab olaraq bu təlimin suverenlik hüquqlarını və iki ölkənin əməkdaşlığını vurğuladı, eyni zamanda başqa bir problemi ortaya çıxardı: “Biz sərhədlərimizin yanında sionist rejimin milli təhlükəsizliyimizə qarşı varlığına və təsirinə dözə bilmərik”, dedi. İkincisi də elə budur, Azərbaycanla İsrail arasındakı münasibətlərdən narahat olduqlarını ifadə edirlər.

Əslində, diqqətimi çəkən məqam İran Quru Qoşunları komandanı Kioumars Heydərinin cümə günü təlim zamanı verdiyi açıqlama idi. Heydəri dövlət televiziyasına verdiyi açıqlamada “Azərbaycan keçən il Qarabağ müharibəsi zamanı İŞİD üzvlərini gətirdi və biz bundan narahatıq” deyə iddia etdi.

Əslində, bu, müharibə zamanı Ermənistan, İran və hətta Rusiya cəbhələrindən səsləndirilən iddia idi. Onlar bu şəkildə beynəlxalq sistemi və tərəfdaş ölkələri savaşa cəlb etməyə səy göstərirdilər. İndi İran yenidən Azərbaycanı bu şəkildə sıxışdırmağa çalışır. Və hətta Türkiyəni...

İran Azərbaycanı açıq şəkildə hədəf almağa cəsarət edərmi?

Bu məsələ bu gün heç də real deyil. Əslində, öz maraqlarına zidd olaraq real deyil. İran qarşısında yalnız Azərbaycanı görməyəcək. Bundan əlavə, Azərbaycan və Türkiyə 5-8 oktyabr tarixləri arasında “Sarsılmaz qardaşlıq-2021” adlı hərbi təlim keçirəcək.

Ancaq İranın sözügedən təlimi həyata keçirdiyi sərhəd xətti ilə bağlı diqqətdən kənarda qalmaması lazım olan başqa bir vacib detal var. Ora Cənubi Azərbaycan türklərinin sıx yaşadığı bir bölgədir. Bu gün İran-Azərbaycan münasibətlərinə gəldikdə, çox araşdırılmaq istənməsə də, Azərbaycan türkləri böyük mənzərənin fonunda həm kilid, həm də açardır. Hər şeydən əvvəl İran bu həqiqətin fərqindədir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ