Hulusi Akar Tiflisdə: Qaribaşvili ilə görüşdü...
Tarix: 4-10-2021, 23:15
Baxılıb: 1 173
Google+ Paylaş
Tumblr Paylaş

Hulusi Akar Tiflisdə: Qaribaşvili ilə görüşdü...

4-10-2021, 23:15

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tiflisdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Avromedia.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri və regionda təhlükəsizliyə təhdidlər diqqət mərkəzində olub. Söhbət zamanı tərəflər, Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlığın və sıx ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd ediblər.
Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin rolu, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyəti də diqqət mərkəzində olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ