Türkiyə və Rusiya gəmiləri toqquşdu- ŞOK
Tarix: 25-09-2021, 12:33
Baxılıb: 3 347
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə və Rusiya gəmiləri toqquşdu- ŞOK

25-09-2021, 12:33

Rusiya və Türkiyə bayraqları altında üzən iki yük gəmisi Bosfor boğazında toqquşub.

Bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

Bildirilir ki, Türkiyəyə məxsus “Tahsin İmamoğlu” (90 metrlik) quru yük gəmisi Kocaeli əyalətindən “Karadeniz Ereğli” limanına, Rusiyaya məxsus “Rusich 10” (128 m) gəmisi isə Bursa vilayətinin Gemlik bölgəsindən Rusiyaya yollanırmış.

Qəza yerinə üç kater və 14 qoşqu gəmisi göndərilib.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur, ancaq gəmilərə zərər dəyib.

İstanbul boğazında daha bir gəmi qəzası yaşanıb. Belə ki, Tekirdağ vilayətindən Rusiyaya yollanan “Volzhskiy” (40 m) quru yük gəmisi Türkiyəyə məxsus balıqçı gəmisi ilə toqquşub. Bu qəzada da xəsarət alanın olmadığı bildirilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ