İranın sərhəddə keçirdiyi təlim...- AÇIQLAMA
Tarix: 24-09-2021, 20:57
Baxılıb: 3 915
Google+ Paylaş
Tumblr Paylaş

İranın sərhəddə keçirdiyi təlim...- AÇIQLAMA

24-09-2021, 20:57

İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox.

Bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildrib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə yüksək səviyyədə bildirib, bu, planlı təlim olub:

“Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.

Diplomat Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətlərinin olduğunu vurğulayıb: “Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Səfir bildirib ki, sonuncu görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarışlarını çatdırıb:

“Bunlar dostyana, qardaşyana ismarışlar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ