Nikolun "Payız planları"- Putin və Paşinyan görüşündə nə müzakirə olunacaq?
Tarix: 5-08-2021, 09:18
Baxılıb: 4 019
Google+ Paylaş
Tumblr Paylaş

Nikolun "Payız planları"- Putin və Paşinyan görüşündə nə müzakirə olunacaq?

5-08-2021, 09:18

Erməni nəşri Nikolun “payız planları”ndan yazıb; başı daşdan-daşa dəyən baş nazir xilas yolunu Qərbdə və şimalda yox, Bakıda və Ankarada axtarmalı olacaq...

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin birgə “Qafqaz qartalı” hərbi təlimləri başlayıb. Avqustun 8-də yekunlaşacaq təlimə Ukrayna da müşahidəçi qismində qatılıb. Xəbəri “Türkiye” qəzeti yayıb.
Məlumatlara görə, təlimlərdə dost ölkələrin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və koordinasiya inkişaf etdiriləcək. Qarşılıqlı təcrübə və məlumat mübadiləsi ilə birlikdə ortaq əməliyyatların keçirilməsi də məşq ediləcək. Bura hədəflərin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyəsi və digər vəzifələrin yerinə yetirilməsi də daxildir. Təlimlərdə Azərbaycan Ordusunun xüsusi təyinatlıları, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları iştirak edir.
*****
Azərbaycan, Gürcüstan və Türkiyə birgə hərbi təlimə başlayır - Millixəbər  İnformasiya Portalı
Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi tez-tez pozduğu, Qarabağda erməni qanunsuz silahlıların hələ də qaldığı vaxtda beləcə Türkiyə bir daha Azərbaycana öz dəstəyini nümayiş etdirir. Xatırladaq ki, ilin əvvəlindən bəri Azərbaycan və Türkiyə silahlı qüvvələri çoxsaylı birgə hərbi təlimlər keçirib. İndiki təlimlər isə “Türkiye” qəzetinin yazdığı kimi, həm də Ermənistanın sərhəddə təxribatlara əl atdığı bir vaxtda Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirmək məqsədi daşıyır.
Xüsusi təyinatlılardan söz düşərkən təbii ki, dərhal Şuşanın erməni işğalından azad edilmə əməliyyatı yada düşür. Ordumuz düşmənin qorxulu röyası kimi yadda qalan bu möhtəşəm əməliyyatla, bütövlükdə 44 gündə torpaqlarımızı azad eləməklə tarix yazdı, erməni işğalçı ordusunun “məğlubedilməzlik” mifini darmadağın elədi. Erməni faşizminin “fəqərə sütunu”nu qırdı. Terror dövləti olan Ermənistanı hələ uzun müddət özünə gələ bilməyəcək ağır, böhranlı duruma saldı.
Türkiyə ilə növbəti birgə təlimlər bu xüsusda Ermənistana və onu təzədən ayaq üstə qoymağa çalışan havadarlarına, xam xəyallarla yaşayan erməni revanşist qüvvələrə daha bir xəbərdarlıq mesajı, güc nümayişidir. Rəsmi İrəvanın Bakı və Ankara ilə sülh müqavilələri imzalamaqdan savayı yolunun qalmadığı haqda ona aydın ismarışdır.
*****
Bəs bu qəbildən mesaj və ismarışlar İrəvanda, nəhayət, düzgün qiymətləndiriləcəkmi? Məğlub ölkənin rəhbərliyi böyük sülh müqaviləsinə alternativin olmadığına nə vaxt əminlik hasil edəcək?
Bu arada Ermənistanın “Qraparak” qəzeti öz məlumatlı mənbələrinə istinadən yazıb ki, təzəcə baş nazir təyin edilən Nikol Paşinyan böyük ehtimalla, “yeni statusda” ilk səfərini Rusiyaya edəcək. Qeyd edək ki, Paşinyanı baş nazir təyinatı ilə bağlı ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub.
“Bu səfərin yeni 3-tərəfli danışıqların başlanğıcı olacağı istisna edilmir”, - “Qraparak” yazıb.
Onu da qeyd edək ki, keçən həftə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Moskvadakı brifinqdə rəsmi Kremlin yeni 3 tərəfli bir sənəd üzərində işlədiyi barədə anons eləmişdi. Bunun Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və demilitasiyası ilə bağlı olduğu da istisna olunmur.
Erməni nəşrinin mənbələri həmçinin bildirir ki, payızda Nikol Paşinyan bir növ “dünya turu”na çıxmaq niyyətindədir, lakin bu səfərlərin əsas hissəsinin məqsədi, sadəcə, erməni diaspor mərkəzlərini ziyarət etmək və diaspor erməniləri ilə görüşmək olacaq.
“Yenidən hakimiyyətin başına keçən Paşinyan üçün bu dəfə əvvəlki illərdən çətin olacaq”.
Belə bir ehtimalı isə politoloq Elxan Şahinoğlu irəli sürüb.
“Çünki keçən parlamentdə müxalifətin əsas hissəsi ilə dialoq mümkün idi, Paşinyan onları tez-tez iqamətgahına dəvət edir, fikir mübadiləsi aparırdı. ”Qarabağ klanı"nın timsalında indiki müxalifət isə Paşinyana qarşı barışmaz mövqedən çıxış edir, ilk gündən parlamentin işini iflic etməyə çalışıblar. Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir", - deyə politoloq qeyd edib.
O, Nikol Paşinyanın xarici siyasət və təhlükəsizlik məsələlərində naşı olduğunu xatırladaraq deyib: “Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu”.
Elxan Şahinoğluna görə, Nikol Paşinyan daxili siyasətə daha çox maraq göstərir: “Paşinyanın nəyi də olmasa onun adı eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq korrupsiya qalmaqallarında hallanmayıb. O, islahatlar aparmağa meyllidir. Amma orası da var ki, müharibədə ağır məğlubiyyətin və Ermənistanın verdiyi itkilərin yerini doldurmaq ona çətin olacaq, ölkəni tərk edənlərin - itirilən işçi qüvvəsinin sayı da artır. Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə ancaq hələ ki vədlərdədir”.
Politoloq inanır ki, Paşinyan Ermənistanın iki böyük qonşusu - Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olması reallığını anlayır. “Müharibədən sonra bu mövzuda onun müəyyən etirafları da oldu. Fərqli dövlətlərə ”gəlin bizi Azərbaycandan qoruyun" çağırışlarının nəticə vermədiyini həm Paşinyanın özü, həm də erməni cəmiyyəti əyani gördü. Paşinyan Azərbaycanla sülh sazişi imzalamadan və qonşusuyla sərhədləri müəyyənləşdirmədən bölgədəki gərginliyin azalmayacağını da anlamamış deyil. Amma bunları anlamasına rəğmən, o, erməni beyinlərinə hakim olan “türk düşmənçiliyi” stereotipindən qurtulmağa tələsmir. Bundan qurtulmadan isə bölgədəki gərginliyi azaltmaq və islahatlarda nəyəsə nail olmaq mümkün deyil", - deyə o vurğulayıb.
Ancaq Nikol Paşinyan Bakı və Ankara ilə münasibətləri qurmağa tələsməli olacaq. Buna məcburdur. Çünki hər şeydən öncə söhbət Ermənistan adlı simvolik dövlətin dünyanın siyasi xəritəsində qalıb-qalmamasından gedir... (Musavat.com)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ