Türkiyə üzərində “sanksiya qılıncı”: bu həftə... - Ekspert
Tarix: 15-07-2019, 11:31
Baxılıb: 1 813
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə üzərində “sanksiya qılıncı”: bu həftə... - Ekspert

15-07-2019, 11:31

“Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir.
Avromedia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib. O bildirib ki, okeanın o tayında sanksiyalarla bağlı qərar qəbul edilərsə, bu, Türkiyə iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər:
“Əvvəla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbediciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər. Sanksiyalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndirəcək”.
İqtisadçının sözlərinə görə, sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər ki, bu da xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq:
“2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsir qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13.2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib. Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox - 15 milyard dollar sərmayə yönəldib. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunda çəkisi azalsa da, Asiya ölkələrinin töhfəsi 12 faizdən 27 faizədək yüksəlib. ABŞ sanksiyalarından sonra Qərb ölkələrinin xarici sərmayə portfelində payının daha da azalacağı istisna edilmir. Sanksiyalar qəbul olunarsa və uzun müddət qüvvədə qalarsa, o zaman Türkiyədə daşınmaz əmlakın da dollar ifadəsində qiymətinin azalacağı gözlənilir”.
Qeyd edək ki, bundan əvvəl “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib. Təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirib.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ