Netanyahu hökuməti qura bilmədi - İsrail 5-ci seçkiyə gedir
Tarix: 5-05-2021, 17:48
Baxılıb: 3 559
Google+ Paylaş
Tumblr Paylaş

Netanyahu hökuməti qura bilmədi - İsrail 5-ci seçkiyə gedir

5-05-2021, 17:48

İsrail Baş naziri Benyamin Netanyahuya yeni hökumət formalaşdırması üçün verilən vaxt bu gecə bitib.
Avromedia.az xəbər verir ki, İsrail mətbuatı Netanyahunun koalisiya hökuməti qurmaq üçün Yamina Partiyasının sədri Naftali Bennetlə danışıqlar apardığını yazıb.
Tərəflər arasında olan ilkin razılaşmaya əsasən, baş nazir postunu rotasiya əsasında ilk olaraq Bennet, sonra isə Netanyahu tutmalı idi. Lakin sonradan tərəflər yekun razılıq əldə edə bilməyiblər.
Netanyahunun Likud Partiyası isə gecə baş nazirə hökumət formalaşdırması üçün verilən mandatın bitməsinə 3 dəqiqə qalmış bəyanat yayaraq, Benneti koalisiyanın yaradılmasına mane olmaqda ittiham edib.
Qeyd edək ki, İsraildə son iki ildə 4 parlament seçkisi baş tutub. Əgər bu dəfə də ölkə qanunlarında göstərilən tarixə qədər hökumət formalaşdırmaq mümkün olmasa, ölkə payızda beşinci seçkiyə getməli olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ