Rusiyadan Bakıya mesaj: “Davam haqqında düşünməyin”...
Tarix: 23-04-2021, 11:26
Baxılıb: 3 221
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyadan Bakıya mesaj: “Davam haqqında düşünməyin”...

23-04-2021, 11:26

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında gərgilik haqqında bir sıra fikirlər səsləndirdi. Zaxarova çox böyük bədəl ödəndiyini, insanların həyatını itirdiyini bildirdi: “Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, əksinə vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur. Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu?  Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlamasında Zaxarovanın fikirlərini bu cür şərh edib: “Mariya Zaxarova cümlələri elə seçib ki, hər iki tərəf  “payını” alsın. Bu açıqlamada həm Bakıya, həm də İrəvana mesaj var. Bakıya mesaj budur ki, “davam haqqında düşünməyin”, ermənilərə isə mesaj odur ki, “revanş haqqında düşünməyin”. Ancaq Moskvaya da düşünmək üçün zəruri mesaj verilməlidir. Rusiya həqiqətən vəziyyətin gərginləşməsində maraqlı deyilsə, lütfən Mariya Zaxarovanın brifinqlərində iştirak edən azərbaycanlı jurnalistlərdən biri ona bu sualı versin: “Bölgədə hazırki gərgin durumda Rusiya hərbçilərinin Qarabağda rəsmi Bakı ilə razılaşdırılmayan hərbi paradına nə ehtiyac var?”скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ