Paşinyanın qovulmasından sonra Mehri meri SAXLANILDI
Tarix: 22-04-2021, 10:48
Baxılıb: 3 221
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın qovulmasından sonra Mehri meri SAXLANILDI

22-04-2021, 10:48

Mehri bələdiyyə başçısı Mxitar Zakaryan hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən polis bölməsinə aparılıb.
Avromedia.az xəbər verir ki, bu barədə Zakaryanın vəkili Qayane Papoyan öz feysbuk səhifəsində məlumat verib.
Vəkil qeyd edib ki, Mehri bələdiyyə başçısının hansı polis bölməsinə aparıldığı barədə dəqiq məlumat yoxdur.
“İndi onun hara aparıldığı barədə dəqiq məlumatımız yoxdur. Əvvəlcə onun Mehri polis bölməsinə, daha sonra Qafana aparıldığını dedilər. İndi də bir neçə polis avtobusunun müşayiəti ilə İrəvana aparıldığı barədə məlumatlar var”,- deyə Papoyan qeyd edib.
Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin cənubuna səfəri etirazlarla müşayiət olunub. Zəngəzur (Sünik) bölgəsinin Əkərək kəndində Paşinyan “Nikol vətən xainidir”, “Nikol, get!” şüarları ilə qarşılanıb.
Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Kəndi tərk etməyə məcbur qalan Paşinyan Mehri və Kəcəranı ziyarət etməkdən də imtina etməli olub. Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Əkərək şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ