Əfqanıstanda partlayış-ÖLƏNLƏR VAR
Tarix: 3-04-2021, 08:13
Baxılıb: 2 543
Google+ Paylaş
Tumblr Paylaş

Əfqanıstanda partlayış-ÖLƏNLƏR VAR

3-04-2021, 08:13

Əfqanıstanın cənubundakı Gilmənd əyalətində partlayış törədilib.
Bu barədə Avromedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Əyalət qubernatoru administrasiyasının nümayəndəsi Ömər Zuvak jurnalistlərə bildirib ki, partlayış nəticəsində 5 dinc sakin həlak olub.
Zuvakın sözlərinə görə, partlayıcı qurğu Laşkarqah şəhərində yolun kənarına qoyulub və mülki avtomobil ərazidən keçən zaman işə düşüb.
Əfqanıstan hakimiyyəti partlayışda "Taliban" hərəkatını ittiham edib.
Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ