1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti artırılacaq.
AvroMedia.Az xəbər verir ki, bu barədə BakıKart məlumat yayıb.
Məlumata görə, BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək. Bildirilib ki, kartlar 2015-ci ildən sərnişinlərin istifadəsinə verilsə də, ötən müddətdə onların satış qiymətində heç bir dəyişiklik edilməyib.
Qeyd olunub ki, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Həmçinin vurğulanıb ki, bu müddət ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.
Məlumatda qeyd edilib ki, dəyişiklik yalnız yeni alınacaq BakıKart kartlarının satış qiymətinə şamil olunur.
BakıKart əlavə edib ki, gediş haqlarında və mövcud kartların balanslarında hər hansı dəyişiklik olmayacaq.

İpoteka götürmək istəyənlərə şad xəbər
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir.
Tarixi binanın üstündə restoran açılıb?
İranlı azarkeşlər üçün bilet kvotası ləğv olundu
Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplanır.
Bu ölkədə deputat və nazirlərin maaşı kəskin azaldıldı.
Bakıda 78 nəfər XII sinfi bitirir.
Bu qardaşlıq tarixin cığırdaşıdır!..
Tramp İranla bağlı eyni vədi 37 dəfə təkrarladı.