Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər.
Tarix: Bu gün, 12:31
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər.

Bu gün, 12:31

“Hazırda vətəndaşların problemlərindən biri də qeydiyyatdır. Təsəvvür edin ki, vətəndaş öz evini satır. Evi alan şəxs onu qeydiyyatdan çıxarır. Və bu zaman vətəndaşın qeydiyyata düşməyə evi yoxdursa, o havada qalır”.
AvroMedia.Az xəbər verir ki, bu barədə sabiq müstəntiq Müşfiq Abbasov öz “Facebook” səhifəsində yazıb. Hüquqşünas bildirib ki, hazırda bu problemlə üzləşən on minlərlə vətəndaş var:
“Əvvəllər bu kimi halda vətəndaş polis şöbəsinə qeydiyyata dururdu. İndi bu qayda götürülüb. Vətəndaş məcburdur ki, polisə ərizə ilə müraciət etsin. Polisdən imtina cavabı aldıqdan sonra isə polisi məhkəməyə verib polis bölməsinə qeydiyyata düşsün. Bu yol isə maddi vəsait və vaxt tələb edir, vətəndaş olmazın əziyyətini çəkir. Bu problemlə üzləşən on minlərlə insan var.
Əgər adam evini satıbsa, yaxın adamların kiminsə evinə və ya polis şöbəsinə qeydiyyata düşə bilmirsə, artıq onun şəxsiyyət vəsiqəsi də işə yaramır. Bu hal isə insan hüquq və azadlıqlarına ziddir. Odur ki, bu problem kökündən həll olunmalı, bu şəraitdə vətəndaşın asan yolla qeydiyyata düşə biləcəyi ünvanlar müəyyən edilməlidir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ