Şəhid ailələrinin NƏZƏRİNƏ- Bundan sonra...
Tarix: 30-09-2022, 14:10
Baxılıb: 1 043
Google+ Paylaş
Tumblr Paylaş

Şəhid ailələrinin NƏZƏRİNƏ- Bundan sonra...

30-09-2022, 14:10

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ