Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Tarix: 24-09-2022, 15:41
Baxılıb: 1 026
Google+ Paylaş
Tumblr Paylaş

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

24-09-2022, 15:41

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılan 815 mənzilin seçim prosesi başladı.

Prosesin başlamasını Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı elan edib.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil çıxarılıb.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Studio tipli mənzillərin qiyməti – 33 222 manatdan,

1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 53 732 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 68 904 manatdan,

4 otaqlı mənzillərin qiyməti – 91 295 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 % endirim əldə edəcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ