Bakcell yaranmış fasilə ilə bağlı məlumat yaydı
Tarix: 23-09-2022, 18:07
Baxılıb: 1 580
Google+ Paylaş
Tumblr Paylaş

Bakcell yaranmış fasilə ilə bağlı məlumat yaydı

23-09-2022, 18:07

Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində Bakcell xidmətlərindən istifadə etmək mümkün olmayıb.

Bakcell şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ