Xəstə 20 gündür ac saxlanılır?- ŞOK İDDİA
Tarix: 22-09-2022, 14:40
Baxılıb: 1 690
Google+ Paylaş
Tumblr Paylaş

Xəstə 20 gündür ac saxlanılır?- ŞOK İDDİA

22-09-2022, 14:40

Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, söhbət Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada yatan pasiyentdən gedir:

“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.

Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:

“Öldürmüyün insanı. Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək. 

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ