FHN ləğv olunur?- ŞOK İDDİA
Tarix: 19-08-2022, 16:51
Baxılıb: 1 034
Google+ Paylaş
Tumblr Paylaş

FHN ləğv olunur?- ŞOK İDDİA

19-08-2022, 16:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi Zaur Mirzəyevlə bağlı qalmaqal hələ də müzakirə mövzusudur.


Müzakirələrdə fövqəladə nallar naziri Kəmaləddin Heydərovun istefaya göndəriləcəyi, yaxud da nazirliyin ləğv ediləcəyi barədə iddialar səsləndirilir.


Kəmaləddin Heydərov hələ hakimiyyət komandasının yenilənməsi mərhələsinin başlanğıcında diqqət mərkəzində idi. Hesab edilirdi ki, artıq "fövqəlnazir”in də karyerasına son qoymağın vaxtı çatıb. Bu barədə mediada müxtəlif məlumatlar yayılır, iddialar səsləndirilirdi.


Lakin Kəmaləddin Heydərov bu dalğada özünü qoruya bildi. Ramiz Mehdiyev, Əli Həsənov və hakimiyyətin bu kimi digər odioz fiqurları vəzifələrini itirsə də, cənab Heydərova toxunulmadı. Bundan sonra FHN-nin ləğvi məsələsi gündəmə gəldi. Bu məsələ barədə indi də danışılır.  


Bildirilir ki, Kəmaləddin Heydərov da keçmiş nəqliyyat naziri Ziya Məmmədov kimi yola salınacaq. Yəni, FHN ləğv edilərək tabeli qurumları müvafiq nazirliklər arasında bölüşdürüldükdən sonra Kəmaləddin Heydərov işsiz qalacaq.


FHN 2006-cı ildə yaradılıb. Qurum yaranandan Kəmaləddin Heydərov onun rəhbəridir. Yəni o, artıq 16 ildir nazirdir. Bundan əvvəl isə 11 il Dövlət Gömrük Komitəsinə rəhbərlik edib.


FHN Azərbaycanda ən iri qurumlardan hesab edilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ