Tarix: 15-08-2022, 20:22
Baxılıb: 1 797
Yanğınla bağlı bu kəndlərə qazın verilişi dayandırıldı
15-08-2022, 20:22
Bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.
"Azəriqaz"dan verilən məlumata görə, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.
Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb
скачать dle 12.1