"Ləmpə" xalçasının təqdimatı keçirildi
Tarix: 7-07-2022, 08:55
Baxılıb: 1 111
Google+ Paylaş
Tumblr Paylaş

"Ləmpə" xalçasının təqdimatı keçirildi

7-07-2022, 08:55

Avromedia.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyində "Şuşa ili" çərçivəsində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, dövlət və ictimai-siyasi xadim, ölkəmizin ilk ombudsmanı, Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi  "Ləmpə" xalçasının təqdimatı keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini,alim, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru,akademik Vaqif Abbasov, AMEA-nın akademik Ə.Quliyev adına Aşkarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru Vaqif Fərzəliyev və digər dövlət,elm xadimləri öz çıxışlarında Elmira Süleymanovanın xalq mənafeini öz şəxsi mənafeindən üstün tutaraq, ailəyə məxsus qiymətli "Ləmpə" xalçasını muzeyə hədiyyə etməsini nəcib xüsusiyyətlərə malik hərəkət olaraq dəyərləndirdilər.

Bəli,əsrlərdən, nəsillərdən yadigar olan,bir ömrün fəlsəfi duyğularından, hisslərindən, sevgisindən ilmə-ilmə toxunan sənət nümunəsi "Ləmpə" xalçası 1930-cu illərdə Şuşada toxunub.

Belə xalçaların ilk nümunələri XIX əsrin əvvələrindən Şuşa şəhərində toxunmağa başlanılıb."Şuşa" adı ilə tanınan bu cür xalçalar imarət və sarayları bəzəyib, yaraşıq verirdi."Ləmpə" xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb.Bu xalça dəstləri iki yan  (kənarə) və bir orta xalıdan ibarətdir.Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

"Ləmpə" xalçası bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül,yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı,burada yaşayan insanların estetik zövqünü də ifadə edir.Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayıb və saxlamaqdadır. 

Rəsmiyyə Heybətağaqızı





скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ