Bakıda yaşayış binasının lifti qırıldı: yaralı var
Tarix: 4-07-2022, 23:39
Baxılıb: 1 155
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda yaşayış binasının lifti qırıldı: yaralı var

4-07-2022, 23:39

Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avromedia.az-a daxil olan məlumatda bildirilir ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ