Bakıda bu ərazilərdə yarmarka keçiriləcək
Tarix: 23-06-2022, 10:37
Baxılıb: 1 010
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda bu ərazilərdə yarmarka keçiriləcək

23-06-2022, 10:37

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-26 iyun tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Qeyd edək ki, yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ