Rəsmi Bakı İrəvana cavab verdi
Tarix: 28-05-2022, 17:59
Baxılıb: 1 807
Google+ Paylaş
Tumblr Paylaş

Rəsmi Bakı İrəvana cavab verdi

28-05-2022, 17:59

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Azərbaycan dövlət başçısının mayın 27-də Zəngilan rayonunda səsləndirdiyi çıxışa münasibətinə reaksiya verib.

XİN-dən bildirilib ki, Ermənistan XİN-in növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur.

“İlk növbədə qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur.

Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Azərbaycan dövlət başçısı məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqazidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir.

Təəssüf ki, post-münaqişə mərhələsində Ermənistanda bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır.

Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyildir. Yalnız bölgədə yaranmış yeni reallıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər”, - məlumatda bildirilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ