Azərbaycanda bu qurum ləğv olunacaq?
Tarix: 15-04-2022, 20:29
Baxılıb: 1 208
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda bu qurum ləğv olunacaq?

15-04-2022, 20:29

Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevin açıqlaması gündəmə bomba kimi düşüb və müzakirələrə səbəb olub. Belə ki, Mirzəliyevin istilik tariflərini 15 qəpikdən 22-25 qəpiyə qaldırmağın mümkünlüyü ilə bağlı fikir səsləndirməsi azmış kimi, buna hətta əhalinin razılıq verdiyini də diqqətə çatdırması bütün qırmızı xətləri aşıb. İlham Mirzəliyev istehlakçılar arasında sorğu keçirib monitorinq apardıqlarını və əhalinin qiymət artımına razı olduğunu desə də, “Azəristiliktəchizat”ın bu sorğunu harada və necə həyata keçirdiyi sirr olaraq qalır. Əhalinin qiymət artımına razı olacağı ilə bağlı səsləndirilən fikirlər isə absurddur.

Mövzu ilə bağlı açıqlama verən kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, hazırda bir çox sahələrdə qiymət artımı müşahidə olunur. Odur ki, istilik tariflərinin bahalaşması da mümkündür: “Yəqin ki, “Azəristiliktəchizat”  insanları buna hazırlayır. Yoxsa hansı insan qiymətlərin bahalaşmasına razı olar?. Nəzərə alın ki, “Azəristiliktəchizat” dotasiya alan və dövlətə ən çox ziyan vuran lazımsız bir qurumdur. Bu qurum “Azəriqaz”ın da işinə ciddi ziyan vurur, çünki milyonlarla borcu var. “Azərişıq” və “Azərsu” ilə də eyni vəziyyət mövcuddur. 1960-cı illərdə çəkilən və quraşdırılan qazanxanalardır, istismar müddətlərini artıq başa vurub. Suyu qızdıraraq 7-8 kilometr uzaqlığa göndərsələr də, ünvana çatanadək su soyuyur. Ona görə də, qışda kanalizasiya qapaqlarının altından buxar qalxır. Çünki borularda sızmalar mövcuddur. Əhali isə verilən istilikdən razı deyil. Çünki istilik gec verilir, digər tərəfdən isə təchizat  lazımı səviyyədə deyil. Üstəlik artıq qazanxanaların fəaliyyəti dayandırılsa da, bəzi rayonlara hələ də qar yağır. Belə olan halda əhali nə ilə isinməlidir?. Bütün bunlar onu deməyə əsas verir ki, “Azəristiliktəchizat”  lazımsız quruma çevrilib və tamamilə ləğv olunmalıdır”.

Ekspert əlavə edib ki, bəziləri kombi sistemini ləğv edib qazanxana tikməyi təklif kimi irəli sürür: “Amma qazanxana tikmək üçün xeyli vəsait və uyğun yer tapmaq lazımdır.  “Azəristiliktəchizat” ASC-nin ləğvi isə optimal variantdır. Çünki əhalinin təxminən 80 faizi kombi sistemindən istifadə edir. Bu, çox sərfəlidir. Çünki vətəndaş istədiyi vaxt kombini yandıra və ya söndürə bilər. Üstəlik bu sistem təhlükəsizdir. Eyni zamanda qazanxanalar işləyərkən atmosferə zərərli qazlar buraxılsa da, kombi sistemində belə bir problem mövcud deyil. Əhalinin böyük hissəsinin “Azəristiliktəchizat”a borcu var, lakin ödəyə bilmir. Çünki normal və vaxtında istiliklə təmin edilmədiklərini əsas gətirirlər. Ona görə də, qurum rəhbərinin belə bir açıqlama verməsi absurddur. Bu özbaşınalıqdan başqa bir şey deyil”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ