Bu ərazilərə dolu düşəcək
Tarix: 14-04-2022, 08:15
Baxılıb: 1 032
Google+ Paylaş
Tumblr Paylaş

Bu ərazilərə dolu düşəcək

14-04-2022, 08:15

Bakıda və Abşeron yarımadasında aprelin 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ