Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar
Tarix: 11-03-2022, 19:19
Baxılıb: 1 537
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar

11-03-2022, 19:19

11 mart 2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində “ Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar “ layihəsi çərçivəsində şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirilmiş və Novruz bayramı şənliyi qeyd edilmişdir. 
Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur. Lahiyə çərçivəsində “ Qaradağ Rayon Üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz “ adlı kitabça nəşr olunmuş və tədbir iştirakçılarının hər birinə paylanmışdır. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz haqqında qısa məlumat verilir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü Aydın Hüseynov, Milli Məclisin üzvü Səbinə Xasayeva, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və şəhid ailələrinin üzvləri: Fəridə İsmayılova, Leyla Musayeva, Pakizə Abbasova, Nizami Hüseynov və başqaları çıxış etmişlər. Tədbirin bədii hissəsində Qaradağ rayonu Ələt qəsəbəsi 302 saylı orta məktəbin və Qaradağ Rayon Mədəniyyət Sarayının bədii özfəaliyyət kollektivinin nümayəndələri tərəfindən şeirlər söylənmiş, mahnılar oxunmuş və ədəbi-bədii kompozisyalar nümaiş etdirilmişdir. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir. Qeyd edək ki, həmin layihə çərçivəsində növbəti tədbirlərin keçirilməsi Qaradağ rayonunun Sahil, Qobustan və Ələt qəsəbələrində nəzərdə tutulmuşdur.
Bilman İSAQ







скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ