Poçtlarda vətəndaşlar aldadılır?
Tarix: 24-01-2022, 12:49
Baxılıb: 1 038
Google+ Paylaş
Tumblr Paylaş

Poçtlarda vətəndaşlar aldadılır?

24-01-2022, 12:49

Hacıqabul rayon poçtundan 2 il əvvəl 1,50 manata aldığım kiçik paketlər 2 manata verilir. Poçtdan bildirildi ki, rüsumlar artdığına görə qiymət dəyişib. Lakin “Azərpoçt”un rəsmi saytından öyrəndim ki, rüsum artmayıb, qiymət isə 1,40 manatdır.

Bu barədə Hacıqabul rayon sakini Maqsud Əsədovun daxil olan şikayətində qeyd olunub.

O iddia edib ki, bu vaxta qədər poçt tərəfindən aladadılıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Mehman Balabəyov bildirib ki, vətəndaş qəbzi təqdim etdiyi halda məsələ araşdırılacaq:

“Rüsumlar arasında qiymət fərqi var. Tariflər ötən həftədən artıb. İstənilən halda vətəndaşın şikayəti qəbzi təqdim etdikdən sonra araşdırılacaq”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ