Faktiki hava açıqlandı
Tarix: 14-01-2022, 11:54
Baxılıb: 2 011
Google+ Paylaş
Tumblr Paylaş

Faktiki hava açıqlandı

14-01-2022, 11:54

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, saat 11:00-a əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 mm (aylıq normanın 51%-i), Qəbələ, Ağdərədə (Ordubad) 13 mm, Kişçayda (Şəki) 11 mm, Naxçıvan, Gədəbəy, Ordubadda 10 mm, Sədərək, Qobustan, Zaqatala, Şahbuzda 9 mm, Balakən, Qrızda 8 mm, Daşkəsəndə 7 mm, Oğuz, Şəki, Quba, Astara, Oğuz, Xaltanda 6 mm, Bərdə, Göyçay, Hacıqabul, Altıağacda 5 mm, Şərurda 4 mm, Kürdəmir, Cəfərxan, Qusar, Göygöldə 3 mm, Sabirabad, Salyan, Biləsuvar, Şabran, Gədəbəydə 2 mm, Naftalan, Şəmkir, Xaçmaz, Tərtər, Zərdab, Lerikdə 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm (aylıq nomanın 44 %-i), Bakıda 8 mm (aylıq nomanın 34 %-i), Maştağada 5 mm (aylıq nomanın 18 %-i), Pirallahı, Binədə 3 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 22 sm, Sarıbaşda (Qax) 21 sm, Ağdərədə (Ordubad) 20 sm, Gədəbəydə 19 sm, Qrızda 15 sm, Xaltanda 12 sm, Daşkəsən, Naxçıvanda 10 sm, Altıağacda 8 sm, Şahbuzda 7 sm, Göygöldə 6 sm, Qusarda 4 sm, Quba, Qobustan, Kişçayda (Şəki) 3 sm, Qəbələ, Kəlvəzdə 1 sm olub.

Şimal-qərb küləyi bölgələrdə 28 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s, Abşeron Dəniz rayonunda 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ