Helikopter qəzasının baş verməsinin ilkin ehtimalları açıqlandı
Tarix: 4-12-2021, 08:00
Baxılıb: 1 022
Google+ Paylaş
Tumblr Paylaş

Helikopter qəzasının baş verməsinin ilkin ehtimalları açıqlandı

4-12-2021, 08:00

Qəza ani yaranan texniki nasazlıqdan, pilotun nə qədər təcrübəli olmasından asılı olmayaraq, yol verdiyi ciddi səhvdən, yaxud texniki nasazlığa və qəzaya səbəb olacaq kənar müdaxilədən ola bilər. Biz Şərq düşüncəli və emosional bir millət olsaq da, belə anlarda soyuqqanlı olmağa çalışmalı və istintaqın nəticəsini gözləməliyik. Əminəm ki, Baş Prokururluq tərəfindən yaradılan istintaq qrupu bütün fərziyyələri ciddi şəkildə araşdıracaq, qəzanın baş vermə səbəbinə aydınlıq gətirəcəkdir.

Bu sözləri millət vəkili, BAXCP sədri mediaya geniş müsahibəsində deyib.

O bildirib ki, atəşkəs elan olunsa da, biz müharibə vəziyyətində olan ölkəyik, hələ sülh sazişi imzalanmayıb, danışıqlar gedir:

“Dövlətimiz müstəqillik tarixinin ən qürurlu və müxtəlif çağırışlarla üzləşdiyi mürəkkəb dövrünü yaşayır. Böyük güclər prosesə qoşulub, hər birinin regionda öz marağı var. Ermənistan və havadarları keçən əsrin 90-cı illərində ölkəmizdə yaranmış siyasi istiqrarsızlıqdan və qarşıdurmadan istifadə edib torpaqlarımızın 20%-ni işğal etdilər. İndi böyük güclərin Qarabağın taleyini, ölkəmizin ərazi bütövlüyünü masa üzərinə daşımaq istədikləri bir dönəmdə hər kəs öz məsuliyyətini dərk etməli, təxribatçı qüvvələrin istifadə edə biləcəyi hərəkətlərdən, aksiyalardan çəkinməlidir”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ