Əli Əsədov qiymət artımından danışdı
Tarix: 3-12-2021, 12:52
Baxılıb: 1 211
Google+ Paylaş
Tumblr Paylaş

Əli Əsədov qiymət artımından danışdı

3-12-2021, 12:52

Qiymət artımı ilə bağlı narahatıq ifadə edilib. Koronavirus pandemiyasının ortaya çıxması, bununla bağlı məhdudiyyət qlobal iqtisadi aktivliyin azalmasına və məhsul hasilatına mənfi təsir edib. Tələb və təklif balansının pozulması, logistika və daşınma xərclərinin artması, habelə malların gec çatdırılması halları ortaya çıxıb”.

Bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı bildirib.

Baş nazir əlavə edib ki, dünya üzrə qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb: “Qlobal ərzaq məhsullarında qiymətlər üzrə bahalaşmanın ölkəmizə təsirini azaltmaq üçün ixracat məsələsinə diqqət edəcəyik. Qiymət artımı ilə bağlı mümkün olan bütün qabaqlayıcı tədbirlər tərəfimizdən görülür. Süni qiymət artımının qarşısını almaqla yanaşı, idxalın əvəzlənməsi üçün işlərin aparılmasını nəzərdə tuturuq”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ