Gömrük təmsilçiləri üçün imtahan keçirildi
Tarix: 30-11-2021, 21:50
Baxılıb: 1 182
Google+ Paylaş
Tumblr Paylaş

Gömrük təmsilçiləri üçün imtahan keçirildi

30-11-2021, 21:50

Noyabrın 30-da Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahan keçirilib.
Bu barədə Avromedia.az DGK-ya istinadən xəbər verir.
İmtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.
DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov çıxış edərək gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsində əsas məqsədin bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə, beynəlxalq standartlara uyğunlaşdırılması olduğunu diqqətə çatdırıb. Baş İdarə rəisi Komitə tərəfindən bugünədək keçirilən imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açaraq, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra sayca 15-ci dəfə keçirilən imtahana start verilib.
Qeyd edək ki, ixtisas attestatının əldə olunması üçün keçirilən imtahanda 77 nəfər iştirak edib, onlardan 14 nəfəri uğurlu nəticə qazanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ