Sabahın havası açıqlandı
Tarix: 27-10-2021, 12:36
Baxılıb: 1 010
Google+ Paylaş
Tumblr Paylaş

Sabahın havası açıqlandı

27-10-2021, 12:36

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ