Bu qadını görənlər polisə xəbər versin
Tarix: 23-10-2021, 13:00
Baxılıb: 2 797
Google+ Paylaş
Tumblr Paylaş

Bu qadını görənlər polisə xəbər versin

23-10-2021, 13:00

Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, bu ilin oktyabr ayının 22-də səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib. Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

"Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ