Əməkhaqlarının artması ilə bağlı daha bir açıqlama
Tarix: 16-10-2021, 20:18
Baxılıb: 2 134
Google+ Paylaş
Tumblr Paylaş

Əməkhaqlarının artması ilə bağlı daha bir açıqlama

16-10-2021, 20:18

Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb.

Bununla bağlı Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır.

Həmçinin əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir.

“Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunacaq”, - deyə, nazirlik bildirib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ