Sabah 27 dərəcə isti olacaq
Tarix: 13-10-2021, 12:56
Baxılıb: 2 690
Google+ Paylaş
Tumblr Paylaş

Sabah 27 dərəcə isti olacaq

13-10-2021, 12:56

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ