İranın yük maşınları yolda qalıb- Nə baş verir?
Tarix: 16-09-2021, 16:52
Baxılıb: 4 010
Google+ Paylaş
Tumblr Paylaş

İranın yük maşınları yolda qalıb- Nə baş verir?

16-09-2021, 16:52

İranın 50-yə yaxın yük maşını Gorus-Qafan yolunda qalıb.
İranlı sürücülər yolun erməni tərəfinə düşən hissəsini etiraz olaraq bağlamaq istəyirlər.

Buna səbəb sürücülərin Azərbaycan tərəfinə gömrük rüsumu ödəmək istəməməsidir.

Sürücülər bildirir ki, onlar Mehriyə daxil olanda Ermənistana rüsum ödəyirlər. Buna görə də əlavə olaraq Azərbaycan tərəfinə rüsum ödəmək niyyətində deyillər.

Ermənistan mediası iddia edir ki, Azərbaycan İranın yük maşınlarından 100-300 dollar arası ödəniş tələb edir. Bəzi iranlı sürücülərə yoldan istifadəyə icazə verildiyi, amma geri qayıdan zaman hər iki tərəf üçün ödənişin alınacağı bildirilir.

Bununla yanaşı, Azərbaycan İran sürücülərinin ödənişi ya dollarla, ya da manatla etməsini tələb edir. Dramla ödəniş qəbul olunmur.

Ermənistan tərəfi problemi həll etmək üçün İran sürücülərinə alternativ olaraq Tatev yolundan istifadə etməyi təklif edir. Lakin bu yol əlverişsiz olduğu üçün sürücülər qəbul etmir. Yol dar və bərbad vəziyyətdədir, hətta yoldan istifadə edən yük maşınlarından biri qəzaya düşüb, nəticədə benzin çəni sınıb.

Ermənistan tərəfinin Gorus-Qafan yolunun Azərbaycan tərəfinə düşən istiqamətində yolu bağlaması diqqət çəkir.

Buna səbəb İran sürücülərinin təklif olunan alternativ yola yönləndirilməsidir. Çünki ödəniş edə bilməyən, yaxud etmək istəməyən İranlı sürücülər etiraz edir, həmçinin yolda 50-ə yaxın yük maşını qalıb.

Ermənistan baş naziri Nikol Paşinyanın dünən Gorus-Qafan yolu ilə bağlı açıqlaması da göstərir ki, İrəvan məsələni həll edə bilməyəcəyini anladığı üçün problemin Azərbaycan və İran arasında həll edilməsini gözləyir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ