Rövşən Əkbərovun məhkəməsi niyə təxirə salındı?
Tarix: 15-09-2021, 11:20
Baxılıb: 3 901
Google+ Paylaş
Tumblr Paylaş

Rövşən Əkbərovun məhkəməsi niyə təxirə salındı?

15-09-2021, 11:20

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına səbəb hakimlərdən birinin koronavirusa yoluxması olub.

Bildirilib ki, hakim Elbəy Allahverdiyevin verdiyi “COVID-19” testinin nəticəsi pozitiv çıxıb.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ