İndi də deputatın intim görüntüsü yayıldı: Nə baş verir? - VIDEO
Tarix: 10-09-2021, 08:00
Baxılıb: 2 821
Google+ Paylaş
Tumblr Paylaş

İndi də deputatın intim görüntüsü yayıldı: Nə baş verir? - VIDEO

10-09-2021, 08:00

Ötən gün YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun intim görüntülərinin ardınca bu gün də Gürcüstan azərbaycanlısı, deputat Ruslan Hacıyevin analoji videosu sosial şəbəkələrdə tirajlanıb.
Nə baş verir?
Hər şeydən öncə bu, şəxsi həyata müdaxilədir, şantajdır və qanunsuzluqdur. Bu əməllərə heç nə ilə haqq qazandırmaq mümkün deyil. Şəxsi həyata müdaxilə cinayət məsuliyyəti doğurur.
Videolardan görünən odur ki, bunu bəlli şəbəkə hazırlayır. Virtual məkandan xəbərsiz olan tanınmış şəxslərə gözəl görünüşlü qızlar zəng edir, özünü “onlayn” təklif edir və tanınmışlar da tora düşürlər.
Bunun ardınca isə şantaj və pul tələbi başlayır.
Niyə bu hal yaşanır və niyə bu prosesdə azərbaycanlı siyasilər tora düşürlər?
Ona görə ki, azərbaycanlıların böyük əksəriyyəti siyasətlə məşğul olmağın məsuliyyətini dərk etmirlər. Siyasətçisənsə - şəxsi hisslərindən imtina edəcəksən, harda olmağından asılı olmayaraq, addımlarına, hərəkətlərinə nəzarət edəcəksən, ehtiraslarının qurbanına çevrilməyəcəksən. Fərqi yoxdur bu ehtiraslar hansı istiqamətdədir – bu, rüşvət də ola bilər, hansısa məclisdə yeyib-içmək də, kişi olaraq yaradılışın sənə verilənlər də... Ələvilər demişkən, “əlinə, belinə, dilinə sahib” olmağı bacaracaqsansa, buyur, siyasət səni gözləyir.
Sən hətta restoranda verdiyin sifarişlərdə də diqqətli olacaqsan: əgər restoranın menyusu və qonaqları dəbdəbəli yemək sifarişindən uzaqdırsa, nəfsini basmalısan, kabab yox, şorba yeyib, durub rədd olmalısan. Yoxsa, hər p.xu yeyib, adi vətəndaş kimi istədiyini edib, siyasətlə məşğul ola bilməzsən. Adi, kefin istəyən həyat yaşamaq sənin haqqındır – ancaq onda siyasətlə məşğul olmamalısan, özünə başqa iş tapmalısan.
Siyasətçinin, məmurun, məşhurun şəxsi həyatı olmur. Bunu başa düşmək o qədərmi çətindir?
İkincisi, azərbaycanlı siyasətçilərin xüsusən bir qədər yaşlı hissəsi texnologiyanın imkanlarından xəbərsiz savadsız yığınıdır. Onları çox rahat şəkildə virtual tora salırlar və yaxşı ki, onları hələ pul almaq və yaxud siyasi səhnədən silmək üçün şantaj edirlər. Birdən bu şantajlar dövlətə, Vətənə xəyanətə təhrikə səbəb olsa, necə olacaq? Adamlar rüsvay olmamaq üçün Vətəni, dövlətimi satacaqlar?
Hələ bizə bəlli deyil ki, bu oyunları quranlar arasında xarici kəşfiyyatın əli var, ya yox. Hələ bizə bəlli deyil ki, daha kimlər bu tora salınıb və onlar videolarının yayılmaması üçün nələrdən keçiblər. Əgər dövlət sirrini satıblarsa, onda necə olsun?
Biz bunun dəhşətini 2016-cı il aprelindən sonra görmüşdük. İçində azərbaycanlı zabitin də olduğu bir neçə əsgərin erməni şəbəkəsinin bu cür toruna düşdüyünü və nəticədə Ordumuza qarşı necə şantaj baş verdiyini, hansı sirlərin alındığı haqda da məlumatlıyıq.
Bu korafəhm, “belinə” sahib olmağı bacarmayanların iki yolu var: dərhal siyasətdən çəkilib, həmin şantajçılara qarşı mülki müstəvidə mübarizə aparmalı və DTX-ya pənah aparmalıdırlar. Bütün hər şeyi olduğu kimi danışıb, DTX-dan yardım almalıdırlar.
DTX heç kəsin “belini” güdən deyil. Ancaq bu şəbəkələrin hansı qrupların əlində olduğunu müəyyənləşdirə, bu şantajların dövlətə xəyanət müstəvisinə keçməsi təhlükəsi yarandığı halda qəti tədbirlər görə bilər.
Və... son olaraq: Hüseynbala Mirələmovun 76, Ramiz Göyüşovun isə 67 yaşı var. Hər ikisi siyasətdən dışarı atılana qədər kreslodan yapışdılar.
Siz vaxtında niyə getmirsiniz? Yeni texnoloji gəlişmələrdən xəbərsiz, həyatlarını ancaq kabinetlərdə rüşvət almaqla keçirənlər, nə vaxta qədər ehtiraslarınıza qurban verəcəksiniz təşkilatınızı? Niyə vaxtında pensiyaya çıxmırsınız?
YAP bu ölkənin ən böyük partiyasıdır, sıralarında 800 min insan var və onların böyük əksəriyyəti gənclərdir – həm də savadlı, intellektli, müasir texnobilgilərə yiyələnmiş, xaricdə təhsil görmüş gənclər. Niyə yerinizi onlara vermirsiniz? Mütləq sizi kəsib atmalıdırlar?
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ