Türkiyəli həkim: “Peyvənd yox, koronavirus kişi sonsuzluğuna səbəb ola bilər” - VİDEO
Tarix: 26-08-2021, 08:23
Baxılıb: 2 213
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəli həkim: “Peyvənd yox, koronavirus kişi sonsuzluğuna səbəb ola bilər” - VİDEO

26-08-2021, 08:23

Koronavirusa qarşı peyvəndlə bağlı iddialardan biri də vaksinin kişilərdə cinsi funksiyaların zəifləməsinə, hətta sonsuzluğa səbəb olmasıdır.
TRT xəbər verir ki, Başakşəhər və Sakura şəhər xəstəxanaları urologiya bölmələrində çalışan professor, elmlər doktoru Əbdülmütəllib Şimşək məsələyə aydınlıq gətirib. Həkim hər şeyin tam əksinə olduğunu deyib.
“İki doza peyvənd olunanlarda cinsi funksiyaların vəziyyəti araşdırılıb və bir sıra parametrlərdə xeyli irəliləyiş qeydə alınıb. Məlum olub ki, iki doza peyvənddən sonra kişilərdə cinsi funksionallıq xeyli artır”, - deyə professor bildirib.  
Alim müvafiq araşdırmanın ABŞ-da aparıldığını və peyvəndin deyil, koronavirusun kişilər üçün təhlükə yaratdığını qeyd edib.
Onun sözlərinə görə, xəstəliyi ağır və yüksək hərarətlə keçirən xəstələrdə sağaldıqdan sonra cinsi funksiyaların zəifləməsi və ya ümumiyyətlə pozulması, həmçinin sonsuzluq kimi fəsadlar müşahidə olunub.

 


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ