Həkim-ekspert: “Vaksinasiyadan öncə əsaslı yoxlanış xüsusi önəm kəsb etmir” – VİDEO
Tarix: 25-08-2021, 08:26
Baxılıb: 2 257
Google+ Paylaş
Tumblr Paylaş

Həkim-ekspert: “Vaksinasiyadan öncə əsaslı yoxlanış xüsusi önəm kəsb etmir” – VİDEO

25-08-2021, 08:26

Sentyabrın birindən qüvvəyə minəcək qaydalar çoxlarını təşvişə salıb. Poliklinikaların qarşısında bir neçə gündür uzun növbələr var, amma bu növbədə dayananlar arasında əks göstəriş sertifikatı almağa gələnlər də az deyil. 
Vaksinasiya prosesindən əsaslı və ya əsassız şəkildə çəkinən insanlar bu sertifikatı əldə etməyə çalışırlar ki, qüvvədə olan və sentyabrın 1-dən daha da artırılacaq məhdudiyyətlərdən yaxa qurtarmış olsunlar. 
Bəs bu sertifikat kimlərə verilir? 
Həkimlər bildirir ki, gün ərzində insanalar vaksin olunmaqdan çox immun sertifikatı almaq üçün gəlir. 
Bildiyimiz kimi vaksin olunmazdan öncə şəxsin təzyiqi ölçülməli, digər xəstəliklərinin olub olmaması barədə suallar verilməlidir.
Amma vaksinasiya prosesindən çıxan vətəndaşların böyük bir qismi deyir ki, onların nə təzyiqini ölçən oldu, nə də xəstəlikləri barədə sual verən.
Həkim-ekspert Adil Qeybulla isə bildirib ki, vaksinasiyadan öncə əsaslı yoxlanış böyük əhəmiyyət kəsb etmir.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ