Bu yolda piyadalar ÖLÜMLƏ ÜZ-ÜZƏ…
Tarix: 2-08-2021, 16:37
Baxılıb: 1 051
Google+ Paylaş
Tumblr Paylaş

Bu yolda piyadalar ÖLÜMLƏ ÜZ-ÜZƏ…

2-08-2021, 16:37

Koroğlu metro stansiyasının yaxınlığında Dərnəgül yolunda piyada keçidinin olmaması ciddi narhatçılıq doğurur.
ONN media bildirir ki, Dərnəgül yolunda üz-üzə yerləşən avtobus dayanacağı var. Koroğlu metrosunda avtobusdan düşərək “20 yanvar” istiqamətinə gedən insanlar yolu keçmək üçün ən azı 10-15 dəqiqə gözləməli olsalar da maşınların sürətli hərəkəti yolu keçmək istəyənlərə həddindən artıq təhlükə yaradıdır. 
Demək olar ki, piyadalar qarşı tərəfə keçmək üçün öz həyatlarını təhlükəyə atmaq məcburiyyətində qalırlar.
Bildirək ki, bu gün səhər-səhər əməkdaşımızın gördüyü bir mənzərə onu çox qorxutmuşdur. Yolu keçən bir nəfər təhlükə ilə üzləşmiş və ölümdən son anda qurtulmuşdu. Maşınların insanlara yol verməsi bir tərəfə, hələ siqnal verməklə onları günahgar hesab edirlər.
Ümumiyyətlə bu kimi hallara tez-tez rast gəlmək mümkündür. Əsas yollarda piyadalar üçün keçidin olmaması vətəndaşlar  arasında ciddi narahçılıq yaradır.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu məsələni diqqətdə saxlayacağına və bu problemin tez bir zamanda öz  həllini tapacağına inanırıq.
Səidə NUR

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ