Mağazalarda 30 qəpiklik çörək niyə yoxdur?
Tarix: 21-07-2021, 18:08
Baxılıb: 4 020
Google+ Paylaş
Tumblr Paylaş

Mağazalarda 30 qəpiklik çörək niyə yoxdur?

21-07-2021, 18:08

Dövlət çörəyin qiymətinin bahalaşmaması istiqamətində tədbirlər görür. Lakin əksər mağazalarda 30 qəpiklik zavod çörəyi tapmaq mümkün deyil. Çəkisindən asılı olaraq, təklif olunan çörəyin qiyməti 40-50 qəpikdən başlayır. Çörəyin gündəlik istehlak olunan məhsullardan olduğunu nəzərə alsaq, bu da aztəminatlı ailələrin dolanışığına müəyyən qədər təsir göstərir.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Vüqar Bayramov çörəyə olan tələbin ödənilməsində yerli istehsalla yanaşı, idxalın payının da kifayət qədər olduğunu bildirib.

Onun sözlərinə görə, idxaldan asılılıq azaldılsa, taxıl istehsalçıları ilə yanaşı, un, çörək və un məmulatı istehsalçılarına müəyyən güzəştlər edilsə, o zaman çörəyin qiyməti də optimallaşar:

"Nəzərə alsaq ki, pandemiyadan əvvəlki il Azərbaycan 1 milyon 396 min ton buğda idxal etmişdi, bu, 297 milyon dollar vəsaitin xərclənməsi deməkdir. Eyni zamanda, buğda idxalı ilə yanaşı, Azərbaycan xarici ölkələrdən buğda unu da idxal edib. Bu da ondan xəbər verir ki, bütövlükdə una və taxıla tələbatın ödənilməsində idxal yenə xüsusi paya malikdir. Tələbin tamamilə yerli istehsal hesabına formalaşa bilməməsi qiymətlərə təsir göstərən faktorlardan biridir. Eyni zamanda, ölkədə yetişdirilən taxılın bir hissəsi un məqsədilə alınmır. Bunun da əsas səbəbi keyfiyyət göstəricilərinə uyğun olmamasıdır. Nəticə etibarilə də bu, sahibkarların xərcinə birbaşa təsir göstərir. Təbii ki, çörək Azərbaycanda gündəlik istehlak olunan məhsullardan biridir və onun qiymətinin artmasının istehlak bazarına psixoloji təsirləri var. Bu baxımdan, çörəyin qiymətinin aşağı salınması və ya stabilləşməsi baxımından ilk növbədə idxaldan asılılığın aradan qaldırılması çox vacibdir. Bunun üçün fermerlərin taxıl fondu tərəfindən alına biləcək keyfiyyətli taxıl istehsalının təşfiqi üçün də işlərin genişləndirilməsinə ehtiyac var. Taxıl strateji məhsul olduğu üçün ona 2 dəfə daha çox subsidiya ödənilir. Amma daha məqsədəuyğun olardı ki, subsidiya mexanizmi genişləndirilsin. Yalnız taxıl yetişdirən deyil, un, çörək və çörək məmulatları istehsal edən saibkarlar da müəyyən güzəştlərdən faydalansınlarlar. Onlara güzəştlərin edilməsi, xərclərin də azalmasına gətirib çıxaracaq. Dolayı yolla bu da çörəyin qiymətinə təsir edəcək. Daha məqsədəuyğun olardı ki, bu istiqamətdə təşfiq pakertlərinin genişləndirilməsi müzakirə olunsun"

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ