Bu avtobusların istiqaməti dəyişdirilir
Tarix: 15-06-2021, 10:59
Baxılıb: 3 463
Google+ Paylaş
Tumblr Paylaş

Bu avtobusların istiqaməti dəyişdirilir

15-06-2021, 10:59

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, sabahdan

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər;

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər;

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinə qədər;

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər;

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinə qədər;

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinə qədər;

189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ