Rafael Cəbrayılovun məhkəməsi başlayır- 2.5 milyonu kimlərdən alıb?
Tarix: 15-06-2021, 10:29
Baxılıb: 3 462
Google+ Paylaş
Tumblr Paylaş

Rafael Cəbrayılovun məhkəməsi başlayır- 2.5 milyonu kimlərdən alıb?

15-06-2021, 10:29

15 ilə yaxın Milli Məclisin deputatı olmuş, sonda deputat vəsiqəsini girov qoyaraq borca pul alan Rafael Cəbrayılov hakim qarşısına çıxarılır.

Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Məlumata görə, cinayət işində ümumilikdə 11 zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu var.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi iş adamı İsfəndiyar Axundovdur. O bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona Milli Məclisin keçmiş sədri Oqtay əsədovla şərik bina tikintisilə məşğul olduqlarını deyib.

Zərərçəkənlərdən biri də lombard sahibi, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanovadır. M.Qurbanova Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovla mülk davası, jurnalistlərlə məhkəmə çəkişmələrilə medianın gündəmində olub.

Başqa bir zərərçəkmiş - həkim-stomotoloq Sülhiyyə Məmmədovadır. O keçmiş deputat və qardaşlarının rəhbərlik etdiyi “Dərhal” MMC-nin Novxanı yoluyla Mehdiabad-Fatmeyi yolunun kəsişməsində inşa etdiyi 5 mərtəbəli binadan 150 min manatlıq qeyri-yaşayış sahəsi almaq istəyiblər. Bu məqsədlə pul versələr də nə əmlakı ala biliblər, nə pul qayıdıb. Ona görə də Rəfael Cəbrayılovdan şikayətçi olublar.

Qeyd edək ki, Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ