İcbari tibbi sığorta və Büdcəyə qənaət «oyunu»
Tarix: 15-06-2021, 09:34
Baxılıb: 2 230
Google+ Paylaş
Tumblr Paylaş

İcbari tibbi sığorta və Büdcəyə qənaət «oyunu»

15-06-2021, 09:34

Partiya sədri: «Ölkədə sosial-siyasi gərginliyin yaradılmasına çalışanlara layiqli cəzaların verilməsinin vaxtı çatıb»
«Uzun sürən müzakirələrdən, çək-çevirdən, bir neçə dəfə təxirə salındıqdan sonra nəhayət ki, Azərbaycanda "İcbari tibbi sığorta" tətbiq olunmağa başlayıb. Amma başlayıbmı? Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus olan xəstəxana və poliklnikaların mütləq əksəriyyətində hər şey "köhnə hamam-köhnə tas" vəziyyətindədir».
Bunu «Azad Azərbaycan» qəzetinə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, "İcbari tibbi sığorta" tətbiq olunduqdan sonra həkimlərin əmək haqlarının artırılacağı deyilirdi, amma olmadı: «Müxtəlif analizlərin və həkim qəbulunun pulsuz olacağı deyilirdi, amma olmadı. Tibb müəssisələrinin mütləq əksəriyyətinin, o cümlədən Mərkəzi Klinik xəstəxananın, laboratoriyalarına analiz aparmaq üçün heç bir müvafiq preparatlar verilmir. Səbəb ənənəvi pul dövriyyəsi sisteminin pozulmasıdır».
T.Qənioğlu bildirib ki, bu gün heç kəs, xüsusilə rəhbərlik, "müftə” işləmək istəmir. Ona görə də, dövlət tibb müəssisələrində işləyən həkimlər analiz vermək üçün xəstələri özəl klinikalara göndərirlər. Özəl klinikalarda isə qiymətlər "ceyranın belindədir”: «Belə görünür ki, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin qəsdinə durublar, onları incitmək yolunu tutublar. Səhiyyə Nazirliyi minlərlə imkansız vətəndaşımız hesabına "vəsaitə qənaət etmək” (pul "qazanmağın” alternativ yolu yoxdur ki?) yolunu tutub (?). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə, son illərin ən uğursuz kadrı olan nazirinin rəhbərliyi altında, "qanunsuz pensiya təyin edilməsi” bəhanəsi ilə, ucdantutma, yüzlərlə insanın pensiyasını kəsir və bu yolla "büdcəyə qənaət edir”. Heç kim inkar etmir ki, Azərbaycanda qanunsuz pensiya təyin edilməsi halları olub və belə getsə yenə də olacaq. Ancaq qanunsuz pensiya təyinatının nəticəsi ləğv ediləndə nə üçün bu qanunsuz hərəkəti törədənlər məsuliyyətə cəlb edilmir? Çünki belə olacağı təqdirdə cavabdeh həkimlər bir çox hallarda pensiyaların qanuni təyin etdiklərini sübut edəcəklər. Bu isə "pensiya ödənişlərinə qənaət etdiyi” ilə öyünənlərə sərf etmir».
Partiya sədri qeyd edib ki, həmin şəxslər fərqində deyillər ki (bəlkədə qəsdən edirlər), onların bu hərəkətləri insanların, xüsusilə də, aztəminatlı ailələrin, əlillərin, qazilərin güzəranına ciddi əks təsir göstərir, cəmiyyətimizdə sosial gərginliyi artırır. Onlar nə üçün nəzərə almırlar (bəlkə də qəsdən edirlər) ki, insanlar, onları kimin incitməsindən asılı olmayaraq, günahı dövlətdə görürlər və beləlikə də, vətəndaşı dövlətdən narazı salırlar».
T.Qənioğlu əlavə edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə ölkəmizdə xalq-iqtidar birliyinin bərqərar olmasının xüsusi rol oynadığını hamımız gördük: «Ermənilərin, onların havadarlarının, xüsusilədə Rusiya "sülhməramlılarının” davranışları göstərir ki, müharibə hələ bitməyib və bizi gələcəkdə yeni sınaqlar gözləyir. Bu sınaqlardan uğurla çıxmağımızın, yeni-yeni qələbələrin yolu isə, ilk növbədə, xalq-iqtidar birliyinin davam etməsindən keçir. Bəs bu birliyin pozulmasına, ölkədə sosial-siyasi gərginliyin yaradılmasına çalışanlara layiqli cəzaların verilməsinin vaxtı çatmayıbmı?»
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ