10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Tarix: 17-05-2021, 21:07
Baxılıb: 1 803
Google+ Paylaş
Tumblr Paylaş

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

17-05-2021, 21:07

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun məhkəməsi başlayıb.
Avromedia.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
İttiham aktında qeyd olunub ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ