Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırıldı
Tarix: 8-05-2021, 23:21
Baxılıb: 1 154
Google+ Paylaş
Tumblr Paylaş

Bayramla əlaqədar may ayının pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırıldı

8-05-2021, 23:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.
Avromedia.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.
Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ