Metroda gediş haqqı 97 qəpiyə qalxır? – Rəsmi
Tarix: 8-05-2021, 21:12
Baxılıb: 1 162
Google+ Paylaş
Tumblr Paylaş

Metroda gediş haqqı 97 qəpiyə qalxır? – Rəsmi

8-05-2021, 21:12

Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir.
Metroda sərnişindaşıma bərpa olunanda, gediş haqqının 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır.
Avromedia.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov metroda sərnişindaşıma xərcinin 97 qəpik olması barədə yayılan məlumatın yanlış anlaşılması haqda qeyd edib.
O bildirib ki, hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var.
“Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir.
* 2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb.
* 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib. Daşınıb 30 qəpiyə.
97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə metro iyunun 1-i açılmayacaq? Yəni gözlənilən və proqnozlaşdırılan hələ fakt deyil.
Bəlkə açılacaq, 132 milyon deyil, daha az və ya daha çox daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq”.
B.Məmmədov bildirib ki, gediş haqqının artması tamamilə fərqli məsələdir:
“Məlumat üçün bildirim ki, qiymət artımı ilə bağlı hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır.
Tarif Şurasına müraciət edilərsə, bunu da ictimaiyyətə çəkinmədən açıqlamağa hazıram”.
Qeyd edək ki, bu gün Bakı Metropoliteni iyunun 1-dən metronun açılacağı və il ərzində 132 milyon sərnişinin daşınacağı halda, bir sərnişinin daşınma xərcinin 97 qəpik olacağının proqnozlaşdırıldığını deyib.
Zəruri olaraq xatırladaq ki, metroda daşınma xərcinin əsas hissəsini dövlət dotasiya şəklində metropolitenə ödəyir və qiymətlərin daşınmaya uyğun bahalaşmasının qarşısını alır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ