Qarabağda daha 6 hərbi hissə açılacaq - Bu tarixdə
Tarix: 8-05-2021, 15:43
Baxılıb: 3 459
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağda daha 6 hərbi hissə açılacaq - Bu tarixdə

8-05-2021, 15:43

Bu gün qəhrəman Azərbaycan sərhədçisi – uğrunda qan tök­düyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştira­kın­dan və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!
Avromedia.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
O vurğulayıb ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan his­səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib:
“Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ