"Haradan qazanım?" - Faciəvi şəkildə həlak olan müğənni Aslanın SON MÜSAHİBƏSİ
Tarix: 4-05-2021, 15:41
Baxılıb: 3 778
Google+ Paylaş
Tumblr Paylaş

"Haradan qazanım?" - Faciəvi şəkildə həlak olan müğənni Aslanın SON MÜSAHİBƏSİ

4-05-2021, 15:41

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Aslan Hüseynov vəfat edib. İfaçının anası isə 7 gün öncə dünyasını dəyişib.
Avromedia.az xəbər verir ki, müğənni ölümündən öncə azxeber-ə verdiyi son müsahibəsində anasının uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib:
“Anam uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi. Daimi ürək ağrıları olurdu, müalicələr də olunmuşdu. Qəflətən ürəktutmasından dünyasını dəyişib. Başqa xəstəliyi yox idi. Çoxları bizi qınayır ki, niyə Moskvaya gedirsiz? Bəs nə edim? Hardan pul qazanım, pul qazanmaq üçün məcbur gedirəm Moskvaya. Qınayanın Allah qoy elə öz başına gətirsin”.
Müğənni göz yaşları içərisində kədərini gizlədə bilməyib:
“Allah heç bir övladı anasından ayırmasın, çox ağırdı, çox çətindi, anam mənim üçün həmişə əzizdir. Mən bilmirəm nə edim, Allah heç kimə qismət etməsin bu dərdi. Allah hamının valideynini qorusun, Allah can sağlığı versin bütün valideynlərə”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ